“Qarabağ” və “Neftçi”nin də Avropa Liqasındakı potensial rəqibləri bilindi

“Qarabağ” və “Neftçi”nin də Avropa Liqasındakı potensial rəqibləri bilindi

 

 

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, əvvəlcə çempionlar yolunda mübarizə aparan komandaların potensial rəqibləri bəlli olub.

Belə ki, Çempionlar Liqasında mübarizə aparan "Qarabağ” Kipr çempionu APOEL-i keçə bilməsə, Avropa Liqasında mübarizə aparacaq. Səpələnmişlər cütündə olan komandamız belə olan halda "Sutyeska” (Monteneqro) - "Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq və qrup mərhələsinə düşməyə çalışacaq.

Bu turnirdə mübarizə aparan "Neftçi”nin də potensial rəqiblərinin adına aydınlıq gəlib. Belə ki, "Neftçi” III təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubunu keçərsə, "Malmö” (İsveç) - "Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə tarixində ikinci dəfə qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...