Azərbaycan Premyer Liqasının püşkü atılır

Azərbaycan Premyer Liqasının püşkü atılır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq.

Ötən mövsüm olduğu kimi, çempionat eyni komandaların iştirakı ilə keçiriləcək. Bunlar "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ", "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"dir.

Qeyd edək ki, yeni mövsümə avqustun 16-da start veriləcək.


OXŞAR XƏBƏRLƏR