“Qarabağ"ın Çempionlar Liqasında növbəti potensial rəqibi məlum oldu
Kateqoriya məlum deyil
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi II raundda "Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, "Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində "Partizani”dən güclü olub (0:0, 2:0).






