"Qarabağ" reytinq cədvəlindəki xalımızı artırdı
Kateqoriya məlum deyil
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
"Qarabağ”ın "Partizani" üzərindəki 2:0 hesablı qalibiyyəti ölkəmizə 0,250 xal qazandırıb. Bununla da Azərbaycan son 5 mövsümdəki xallarını 16,000-ə çatdırıb.
Lakin reytinq cədvəlindəki yerimiz dəyişilməz olaraq qalıb. Ölkəmiz əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.






