Logo

Millimiz qələbə ilə başladı

Millimiz qələbə ilə başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.

Unikal.org xəbər verir ki, Tayfur Əliyev (56kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovla qarşılaşıb. 56 kq çəki dərəcəsində yarışan Əliyev rəqibini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

O, 1/8 finalda Ukrayna təmsilçisi Mukola Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.

Daha bir boksçumuz II Avropa Oyunlarında ilk döyüşünü keçirib. 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli bolqarıstanlı Radoslav Panteleyevlə qarşılaşıb.
Görüş Azərbaycan idmançısının məğlubiyyəti ilə nəticələnib – 0:5.

Qeyd edək ki, ilk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR