Platini azadlığa buraxıldı
11:44 / 19.06.2019
2639
UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb.
"Yeni Sabah” xəbər verir ki, bu barədə onun vəkili Jan-Kristof Alke CNN-ə açıqlama verib. O bildirib ki, Platinini şahid ifadələrini vermək üçün həbs ediblər.
Platini azadlığa buraxıldıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Bu bir boş və mənasız təlaş idi. Avro-2016, Rusiyadakı dünya çempionatı, PSJ və FİFA haqqında mənə suallar verdilər. Hər şey yaxşıdır".
Qeyd edək ki, DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan sabiq president dünən həbs olunmuşdu. Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunurdu.