“Qarabağ” 2-ci mərhələdəki rəqibini tanıyır
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. "Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ” da potensial rəqibini tanıyacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da strart götürəcək.
1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə üz-üzə gələcək Ağdam təmsilçisi bu püşkatmada da səpələnmişlər səbətində yer alacaq.
1-ci təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
"Kopenhagen” (Danimarka)
"Dinamo” (Xorvatiya)
APOEL (Kipr)
BATE (Belarus) – "Pyast” (Polşa)
"Astana” (Qazaxıstan) – "ÇFR Kluj” (Rumıniya)
"Seltik” (Şotlandiya) – "Sarayevo” (Bosniya və Herseqovina)
"Lüdoqorets” (Bolqarıstan) – "Ferensvaroş” (Macarstan)
"Partizani” (Albaniya) – "Qarabağ” (Azərbaycan)
"Valyur” (İslandiya) – "Maribor” (Sloveniya)
"Suduva” (Litva) – "Srvena Zvezda” (Serbiya)
Səpələnməmişlər
"Makkabi” (Təl-Əviv, İsrail)
"Şerif” (Moldova) – "Saburtalo” (Gürcüstan)
"Linfild” (Şimali İrlandiya) – "Rusenborq” (Norveç)
HİK (Finlandiya) – "HB Torshavn” (Farer adaları)
"Dundalk” (İrlandiya) – "Riqa” (Latviya)
"Düdelanj” (Lüksemburq) – "Valetta” (Malta)
"Nomme Kalyu” (Estoniya) – "Şkendiya” (Makedoniya)
TNS (Uels) - ilkin mərhələnin qalibi
"Slovan” (Slovakiya) – "Sutyeska” (Monteneqro)
"Ararat” (Ermənistan) – AIK (İsveç)
Qeyri-çempionlar
Səpələnmişlər
"Bazel” (İsveçrə)
"Olimpiakos” (Yunanıstan)
Səpələnməmişlər
PSV (Hollandiya)
"Viktoriya” (Çexiya)
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.