İkinci Avropa Oyunlarının məşəli Minskə gətirildi
İkinci Avropa Oyunlarının məşəli yarışların keçiriləcəyi Minsk şəhərinə çatıb.
Biatlon üzrə dördqat Olimpiya çempionu Darya Domraçeva, avarçəkmə üzrə Olimpiya çempionu Aleksandr Boqdanoviç və yüngül atletika üzrə dünya çempionu Marina Arzamasova məşəli Belarus paytaxtının mərkəzi meydanına çatdırıblar.
Burada məşəl Minsk meri Anatoli Sivaka, Belarus Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifələrini icra edən Viktor Lukaşenkoya və idman və turizm naziri Sergey Kovalçuka təhvil verilib.
Qeyd edək ki, Avropa Oyunlarının məşəli mayın 3-də İtaliyanın paytaxtı Romada yandırılıb, oradan Monblan zirvəsinə, Sloveniya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşaya keçib.
Trend xatırladır ki, İkinci Avropa Oyunları iyunun 21-dən iyulun 1-dək Minskin "Dinamo” stadionunda keçiriləcək.