Britaniyalıların Bakıda ilk davası: xəsarət alanlar var

Britaniyalıların Bakıda ilk davası: xəsarət alanlar var
 

Bakıda ingilis azərkeşləri arasında ilk qarşıdurma qeydə alınıb.

 

Dünən axşam saatlarında paytaxtın Malakan bağında "Çelsi” azərkeşləri ilə "Arsenal” azərkəşləri arasında mübahisə düşüb. Nəticədə, "Çelsi” azərkeşlərindən biri (Anderson Çels) xəstəxanaya çatdırılıb. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a təsdiqləyib.

 

O bildirib ki, çağırış daxil olan kimi hadisə yerinə təcili yardım briqadası yollanıb. Zərərçəkmiş təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, orada yaralıya ilkin yardım göstərildikdən sonra o, Mərkəzi Klinik Xəstəxanasına keçirilib. Vəziyyəti orta ağırdır. Həyatı üçün təhlükə yoxdur.

 

Futbola baxmağa gələn Rusiya vətəndaşı 41 yaşlı Zaur Məmmədov Bakının mərkəzində yerləşən "pub”lardan birində baş verən qarşıdurma zamanı xəsarət alıb. Təcili tibbi yardım briqadası sifətin küt travması diaqnozu ilə müraciət edən zərərçəkmişə yerində yardım göstərib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...

Almaniya Ukraynaya iki yeni “Patriot” sistemi göndərir

Almaniya Ukraynaya iki yeni “Patriot” hava hücumundan müdafiə sistemi göndərmək qərarına gəlib. Bu addım, Rusiyanın artan hava hücumları fonunda Ukr...