Logo

Pep Qvardiola: "Liverpul"u keçəcəyimizi gözləmirdim"

Pep Qvardiola: "Liverpul"u keçəcəyimizi gözləmirdim"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının sonuncu turunda mayın 12-i keçiriləcək "Brayton"la oyun öncəsi fikirlərini bildirib.

O, "Liverpul"dan 7 xal geri olduqları zaman çempionluq yarışına qayıdacağını gözləmədiyini etiraf edib: "Lider olmaq istəyirdik. Ancaq "Liverpul"dan 7 xal geridə olanda daha bunu gözləmirdim. Arzumuzu gerçəkləşdirdik. Bir çox şeyi sübut etdik və indi deyə bilərik ki, çempion olmaq şansımız var".

Qeyd edək ki, hazırda 95 xalla lider olan "Mançester Siti" ikinci pillədəki "Liverpul"u 1 xal qabaqlayır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR