Arsen Vengerin yeni iş yeri müəyyənləşir - Danışıqlar başladı

Arsen Vengerin yeni iş yeri müəyyənləşir - Danışıqlar başladı
"Arsenal"dan ayrıldıqdan sonra işsiz qalan Arsen Vengerin yeni iş yeri müəyyənləşmək üzrədi.

Bir müddət əvvəl Bruno Genesio ilə yollarını ayıracağını açıqlayan "Lion" komandanı 69 yaşlı mütəxəssisə tapşırmaq niyyətinədid.

Artıq "Lion" Vengerlə danışıqlara start verilib. Klub prezidenti Jean-Maykl Aulas komanda ilə bağlı bütün səlahiyyətləri ona həvalı etmək niyyətindədi. 

"Lion" prezidentinin danışıqlar prosesində əsas ümidi müşaviri Cerard Hullierdii. Belə ki, Hullierin Vengerlə yaxın dostluq münasibətləri var.Fanat.Az

OXŞAR XƏBƏRLƏR