Logo

"Qəbələ"nin idmançısı Rusiyada çempionluq kəməri qazanıb

"Qəbələ"nin idmançısı Rusiyada çempionluq kəməri qazanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti titulunu qazanıb.

ONA-nın klubun saytına istinadən məlumatına görə, idmançımız "Fight Night Global” təşkilatının çempionu adına yiyələnib.

N. Abbasov bu uğuru Rusiyanın Mıtişi şəhərində keçirilən turnirdə rəsmiləşdirib. Belə ki, "Fight Night Global93” çərçivəsində baş tutan döyüş gecəsində yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüş baş tutub. Abbasov titul döyüşündə digər iddiaçı Qazaxıstan təmsilçisi Kuat Hamitovla üz-üzə gəlib. Gərgin keçən 5 raundluq döyüşdə qalibi hakimlər müəyyənləşdiriblər. Daha fəal döyüşən Nəriman qalib gəlib - 48:47, 47:47, 48:47. Bu qələbə idmançımıza çempionluq kəməri qazandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR