“Bəhlul Mustafazadə fantastik futbolçudu” – Britaniya mətbuatı

“Bəhlul Mustafazadə fantastik futbolçudu” – Britaniya mətbuatı
"Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadənin Şotlandiya nəhəngi "Seltik”in diqqət mərkəzində olması barədə xəbər vermişdik. Bildirmişdik ki, klub yayda Azərbaycan təmsilçisi ilə müqaviləsi bitəcək oyunçunu baxışa dəvət edəcək və əgər bəyənsə, gənc futbolçu ilə müqavilə imzalanacaq.

"Soccersouls.com” saytı mümkün keçidin "Seltik” üçün faydalı olub-olmayacağı barədə yazıb. Klubun Mustafazadə ilə maraqlanması düzgün addım kimi qiymətləndirilib:

"Seltik”in arxa xəttində keyfiyyətə və say artımına ehtiyac var. Bu mövsüm ölkə daxilində uğurlu nəticələr əldə etdilər, ancaq növbəti mövsüm xüsusilə də avrokubokda yaxşı çıxış etmək üçün dəyişikliklərə ehtiyac var. Bu, əsasən də müdafiə xəttinə aiddi. Dedrik Boyata yayda komandanı tərk edəcək. Bu səbəbdən yeni bir keyfiyyətli mərkəz müdafiəçisinə ehtiyac var”.

Yazı müəllifi Bəhlulun üstün keyfiyyətlərini sadalayıb:

"Bəhlul Mustafazadə bu komanda üçün yaxşı seçim ola bilər. Azərbaycan U-21 millisinin üzvü lazım olarsa, yarımmüdafiədə də oynaya biləcək fantastik futbolçudu. Rəqib hücumları zamanı təhlükəni dərhal sovuşdurmaq əvəzinə rahat oynayan tip futbolçulardandı. Yaxşı fiziki göstəriciləri isə ona həm hücumçularla ikili mübarizələrdə, həm də rəqib cərimə meydançasında üstünlük qazandırır”.

Məqalənin sonunda gənc oyunçunun yoxlanış zamanı özünü göstərə biləcəyi və növbəti mövsüm böyük ehtimalla Şotlandiya klubunda olacağı qeyd edilib:

"Seltik”in onunla birbaşa müqavilə bağlamaq yerinə yoxlanışa çağırmasının doğru olduğunu deyə bilərik. 22 yaşlı futbolçunun öz oyunu ilə onları razı salacağı dəqiqdi və növbəti mövsümün əvvəlində o, "Seltik”də olacaq”.

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Mustafazadə bu mövsümdən klubun əsas komandasında çıxış edir və Premyer Liqada 21 oyunda meydana çıxıb. O, daha əvvəl icarə əsasında "Sumqayıt"da forma geyinib. (futbolpress.az)


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...