Logo

Balotelli yenə qalmaqal yaratdı: Rəqibin burnunu qırdı

Balotelli yenə qalmaqal yaratdı: Rəqibin burnunu qırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Marsel"in futbolçusu Mario Balotelli 8 oyunluq cəzalandırıla bilər.

Buna səbəb italiyalı hücumçunun Fransa Liqasının 31-ci turunda "Bordo" ilə görüşdə etdiyi kobudluqdu.

O, epizodların birində rəqibin oyunçusu Pablo Nasimentoya dirsək zərbəsi vurub. Nəticədə braziliyalı futbolçunun burnu qırılıb.

Hakim baş verənləri görmədiyindən Balotelli cəzasız qalıb. Lakin daha sonra epizodun şəkilləri yayılıb və İntizam Komitəsi araşdırmaya başlayıb.

Balotellinin 5-8 oyun cəzalandırılacağı gözlənilir. Balotelli bu mövsüm 21 oyuna 7 qol vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR