Logo

"Bavariya"nın məşqində əlbəyaxa dava

"Bavariya"nın məşqində əlbəyaxa dava
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyan Bundesliqasının lideri "Bavariya"nın son məşqində qalmaqal baş verib.

Komandanın iki üzvü - Robert Levandovski və Kinqsli Koman əlbəyaxa olub. Sözlü mübahisə zamanı Levandovski gənc futbolçuya xəbərdarlıq etsə də, Koman sərt cavab qaytarıb. Bundan sonra hər iki oyunçu yumruqları işə salıb. Futbolçuları Nikolas Zyule və Jerom Boatenq ayırıb.

Münhen klubunun baş məşqçisi Niko Kovaç isə Komanla Levandovskini paltardəyişmə otağına göndərməyib və məşqdə saxlayıb. Onun bu qərarı komandanın digər üzvlərini təəccübləndirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR