"Arsenal" evdə, "Çelsi" və "Valensiya" səfərdə sevindi
İdman
08:00 / 12.04.2019
2498
Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.Azarkeşlər 4 qarşılaşmaya şahidlik ediblər.
İspaniyada bu ölkənin iki təmsilçisi "Vilyarreal”la "Valensiya” avrokubok görüşündə üz-üzə gəlib. Qonaqlar son dəqiqədə vurduğu iki qolla 3:1 hesablı qələbə qazanıblar.
İngiltərə klubları fərqli rəqiblərlə qarşılaşıblar. Turnirin favoritlərindən sayılan "Çelsi" Çexiyada "Slaviya"nı çətinliklə yenib - 0:1.
Mayın 29-da Bakıda keçiriləcək final matçında iştirakı qarşısına məqsəd qoyan "Arsenal"la "Napoli"nin qarşılaşmasında isə londonlular seviniblər - 2:0.
"Benfika” isə Lissabonda "Ayntraxt”ı yenib - 4:2.
Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.
Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
"Arsenal” (İngiltərə) – "Napoli” (İtaliya) - 2:0
Remsi, 15, Kulibali, 25 (avtoqol)
London. "Emireyts” stadionu. Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
"Slaviya” (Çexiya) – "Çelsi” (İngiltərə) - 0:1
Markos Alonso, 86
Praqa. "Sinobo” stadionu. Baş hakim: Feliks Zvayer (Almaniya)
"Vilyarreal” (İspaniya) – "Valensiya” (İspaniya) - 1:3
Kazorla, 36 - Quedes, 6, 90+3, Uass, 90+1
Vilyareal. "Estadio de la Seramika". Baş hakim: Maykl Oliver (İngiltərə)
"Benfika” (Portuqaliya) – "Ayntraxt” (Almaniya) - 4:2
Joao Feliks, 21, 43, 54, Dias, 50 - Yoviç, 40, Pasiensa, 72
Lissabon. "Benfika” stadionu. Baş hakim: Antoni Teylor (İngiltərə)