Kamran Ağayev: "Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm"
İdman
19:13 / 11.04.2019
2041
AFFA "Keşlə" klubunun qapıçısı Kamran Ağayevi reklam çarxına Azərbaycan milli komandasının formasında çəkən tikinti şirkətinə etirazını bildirib.
Ağayev "Report"a açıqlamasında məsələnin mahiyyətindən məlumatsız olduğunu söyləyib: "Reklama çəkilməyimin nəyi düzgün deyil, anlamıram. Bu, mənim şəxsi həyatımdır. Həmin vaxt milli komandanın təlim-məşq tolanışında olmamışam. Bu reklam da çoxdan çəkilib, yeni deyil. Azərbaycanda millinin formasını geyinən o qədər vətəndaş var ki... Söhbətin nədən getdiyini dəqiq bilmədiyim üçün bu cür danışıram".
33 yaşlı qolkiperin sözlərinə görə, çəkildiyi video-çarxla bağlı ona heç bir irad bildirilməyib. Millinin forması ilə meydana da çıxıram, gəzirəm, maşın da yuyuram, kross da qaçıram, toya da gedirəm. Bir sözlə, hər şey edirəm. Reklamın buna nə dəxli var ki? İndi bildiyimi deyirəm, bəlkə, başqa nüanslar var. Ola bilər ki, doğrudur. Amma bunu indi eşidirəm. Zəng ediblərsə, demək, bir şey var. Formanın üstündə loqonun olub-olmadığını xatırlamıram. Loqo olubsa, bunu başa düşərəm".