Logo

“Neftçi” və “Zirə” cəzalandırıldı

“Neftçi” və “Zirə” cəzalandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Topaz Premyer Liqanın son turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

23-cü turun "Neftçi” – "Zirə” matçında  "ağ-qaralar"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində "Zirə"nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra qonaq komandanın qapıçısı Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

Oyunun ikinci hissəsi "Neftçi"nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığından klub 2400 manat cərimə olunub. Oyundan sonra "Neftçi"nin mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR