"Biz "Real" deyilik" - Yurgen Klopp "Liverpul"u favorit saymır

Çempionlar Liqasında (ÇL) mübarizə qaldığı yerdən davam edir. Sabah 1/4 final mərhələsinə start veriləcək.

İlk gündə İngiltərənin 3 təmsilçisi meydana çıxacaq. "Liverpul" "Portu"nu qəbul edəcəksə, Premyer Liqa təmsilçiləri "Tottenhem"lə "Mançester Siti" üz-üzə gələcək.

Turnirdə mümkün qədər irəliləməyi hədəfləyən "Liverpul" "Portu" ilə oyunların aşkar favoritidi. Lakin "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp ehtiyatlı danışıb. O, ÇL-də favorit göstərilməyə hazır olmadıqlarını etiraf edib: "Biz çox iddialıyıq. Uğurlu çıxış üçün əlimizdən gələni edəcəyik. İlk oyun "Enfild Roud"da olacaq. Bu, bizim üçün çox önəmlidi. Çempionlar Liqasında 2-ci mövsümümüzdü, 12-ci yox. Biz son üç ildə turnirin qalibi olan "Real" deyilik. Rəqabəti sevirik və qələbə üçün bütün gücümüzü ortaya qoyacağıq".

"Tottenhem"in yeni arenasında yerli komandanın qonağı olacaq "Mançester Siti", nəhayət ki, bu mövsüm ÇL-i qazanmaq niyyətindədi. "Şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bruyne təqvimin sıxlığından narahat olduqlarını söyləyib: "Oyunun "Tottenhem"in yeni stadionunda keçirilməsi elə böyük önəm daşımır. Ola bilsin ki, rəqib daha həvəsli oynasın. "Uembli"də də 80 min azarkeş olurdu. Azarkeş hər yerdə eynidi. Çətin oyun olacaq, ancaq hər şey qaydasındadı. Stadiondan deyil, rəqibdən narahatam. İstirahət etmədən oynayırıq, təqvim çox sıxdı. 4 həftə ərzində nə baş verəcəyini birlikdə görəcəyik".

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...