Logo

“Barselona” bir dəqiqəyə vurduğu iki qolla qələbə qazanıb

“Barselona” bir dəqiqəyə vurduğu iki qolla qələbə qazanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Aprelin 6-da futbol üzrə İspaniya La Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Madrid təmsilçisi "Atletiko” səfərdə turnir cədvəlinin hazırkı lideri "Barselona” komandasının qonağı olub.

"Nou Kamp” stadionunda baş tutan görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalan birinci hissədə hesab açılmayıb.

Matçın ikinci hissəsinin 85-ci və 86-cı dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunda qələbə qazanıb.

Bu qələbə sayəsində "Barselona” 62 xalla ikinci pillədə qərarlaşan "Atletiko Madrid”ən 11 xal öndədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR