Logo

Argentinalı futbolçu rəsmən ABŞ klubunda

Argentinalı futbolçu rəsmən ABŞ klubunda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentinalı futbolçu Nikolas Qaytanın yeni klubu müəyyənləşib.

Son olaraq Çinin "Dalyan İfan” klubunda çıxış etmiş yarımmüdafiəçi bundan sonra karyerasını ABŞ çempionatında davam etdirəcək.

31 yaşlı futbolçu MLS təmsilçisi "Çikaqo Fayr” ilə müqavilə bağlayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Qaytan yeni komandasında 20 nömrəli formanı geyinəcək.

"Boka Xuniors”un yetirməsi olan futbolçu karyerası ərzində Portuqaliyanın "Benfika”, İspaniyanın "Atletiko” (Madrid) klublarında da forma geyinib. O, Argentina yığmasında 16 oyun keçirib, 2 qol vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR