İngilislər UEFA-dan narazıdı: Bakıda London derbisi?

İngilislər UEFA-dan narazıdı: Bakıda London derbisi?
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü üçün favoritlər açıqlanıb.  Britaniya mətbuatı ölkəmizdə London derbisini proqnozlaşdırır.

Belə ki, ingilislər "Arsenal" və "Çelsi"nin həm 1/4 final, həm də yarımfinal səddini keçəcəyini düşünürlər. Püşkün Premyer Liqa klublarını finala qədər üz-üzə gətirməməsi onları ümidləndirən əsas amildi.

Həmçinin ölkə çempionatındakı çıxış da "Arsenal"la "Çelsi"ni Avropa Liqasına ciddi yanaşmağa vadar edir: "Çelsi"nin yolu daha asan görünür. Mauritsio Sarrinin komandası həm "Slaviya"dan, həm də yarımfinaldakı potensial rəqibin hər ikisindən qat-qat güclüdü. "Arsenal" isə əvvəlcə "Napoli"ni, daha sonra isə İspaniya klublarından birini mübarizədən kənarlaşdırmalı olacaq. Üstəlik, həm "Çelsi", həm də "Arsenal"ın Premyer Liqada ilk "dördlüy"ə düşmək şansı yüksək deyil. Çünki stabil çıxış edən "Tottenhem" və yüksəlişdə olan "Mançester Yunayted" 3-4-cü yerlərə daha yaxın görünür".

"Sky Sports" isə bir az da irəli gedərək, "Çelsi" - "Arsenal" finalından əminliyini vurğulayıb. Həmkarlarımız artıq UEFA-nın həlledici oyun üçün ayırdığı bilet sayından narazılıq bildirib. Belə ki, onlar finalçı komandaların azarkeşləri üçün ayrılan ümumilikdə 37 min 500 biletin London təmsilçilərinə yetmədiyini düşünürlər.

Qeyd edək ki, Avropa Liqasında "Arsenal" - "Napoli" ilə "Vilyarreal" - "Valensiya" cütünün, "Benfika" - "Ayntraxt"la da "Slaviya" - "Çelsi" cütünün qalibi yarımfinalda üz-üzə gələcək. 1/4 final matçları 11-18 aprel, yarımfinal görüşləri isə 2-9 may tarixlərində oynanılacaq.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan ağır günlərdə Türkiyənin ətrafında səfərbər oldu

Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş...

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir:   ...

"Türkiyə İsraillə bağlı qərarlarına yenidən baxa bilər" - Hakan Fidan

"İsrail fələstinliləri öldürməyi dayandırarsa, Türkiyə bu ölkəyə qarşı mövqeyinə yenidən baxa bilər".    Sfera.az xəbər verir ki, bunu...

"Zelenski dəlidir, ümid edirəm ki, Avropa liderləri..." - Peskov

“Qərb Kiyevi NATO-ya qəbul etmirsə, Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir”.   Bunu Ukrayna Prezidenti...

Onlar heç nəyi unutmurlar - Astrologiyanın ən kinli BÜRCLƏRİ

Astrologiyaya görə bəzi bürclər kinli olmaqları ilə seçirlir.  Onlar digərlərinə nisbətən daha çox kin saxlaya bilərlər.   Sfera.az bu dəfə həmi...

Bakıda vətəndaşın kartından 5 min manat oğurlandı

Sabunçu rayonu ərazisində bir nəfərin bank kartından 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.   Sfera.az xəbər verir ki, pol...