Logo

Tarixin ən bahalı müqaviləsi imzalandı: 27 yaşlı idmançı 426 milyon dollar qazanacaq

Tarixin ən bahalı müqaviləsi imzalandı: 27 yaşlı idmançı 426 milyon dollar qazanacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İdman tarixinin ən bahalı müqaviləsi imzalanıb.

Bu anlaşmaya amerikalı beysbolçu Mayk Traut imza atıb. O, MLB (Baş Beysbol Liqası) təmsilçisi "Los-Anceles Encels"lə 12 illik müqavilə bağlayıb. Anlaşmanın dəyəri 426,5 milyon dollardı. 27 yaşlı beysbolçu ildə 36 milyon dollar alacaq. Onun klubla mövcud sözləşməsi 2020-ci ildə başa çatacaqdı.

Bu, idman tarixinə rekord anlaşma kimi düşüb. Bunadək rekord digər beysbolçu Zak Qrinkiyə məxsus idi. O, "Arizona Daymondbeks"də 34,4 milyon dollar qazanır.

Qeyd edək ki, 2018-ci ilin iyununda "Forbes" jurnalı boksçu Floyd Meyvezeri ən yüksək ödənişli idmançı sayıb. Meyvezer 2017-ci ildə 285 milyon dollar qazanıb. Lionel Messi (111 milyon dollar) ikinci, Kriştiano Ronaldo (108 milyon dollar) üçüncü yeri tutub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR