Məşhur məşqiçiyə Çin klubundan fantastik təklif: İldə 10 milyon avro

Məşhur məşqiçiyə Çin klubundan fantastik təklif: İldə 10 milyon avro
AÇ-2020-nin seçmə mərhələsində martın 21-də millimizi qəbul edəcək Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçlə bağlı yeni xəbər yayılıb.

52 yaşlı mütəxəssis Çin və ərəb klublarında ciddi təkliflər alır. Çinin "Dalianq Yifanq" klubu mütəxəssisə 3 illik müqavilə təklif edib. Əgər Daliç təklifi qəbul etsə, illik maaşı 10 milyon avro olacaq.

Qeyd edək ki, Xorvatiya yığması Daliçin rəhbərliyi altında DÇ-2018-də 2-ci yeri tutub.

OXŞAR XƏBƏRLƏR