Dünya şöhrətli futbolçu Azərbaycanda oynaya bilər
14:13 / 14.03.2019
3014
Dünyanın tanınmış futbolçularından biri, hal-hazırda karyerasınıl başa vuran Qanalı Maykl Esyen yenidən futbola qayıda bilər.
Sfera.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. "Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.
Bu barədə klubun rəsmi saytı açıqlama yayıb Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdi.
Esyen İngiltərənin "Çelsi”, İspaniyanın "Real” və İtaliya nəhəngi "Milan”ın da şərəfini qoruyub.