Logo

Ronaldo, yoxsa Messi?

Ronaldo, yoxsa Messi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.  UEFA 1/8 final mərhələsinin son həftəsində fərqlənən dörd futbolçunu müəyyənləşdirib.

Bunlar Kriştianu Ronaldo ("Yuventus”), Lionel Messi ("Barselona”), Sadio Mane ("Liverpul”) və Leroy Sanedir ("Mançester Siti”).

Ronaldo "Atletiko” ilə qarşılaşmada (3:0) het-trik müəllifi olubsa, "Lion”la görüşdə (5:1) Messi karyerasında ilk dəfə 2 qol və 2 assistə imza atıb. Mane "Bavariya” ilə qarşılaşmada (3:1) dubl müəllifi olmağı bacarıb. Sane isə "Şalke” ilə dueldə (7:0) bir qol və üç məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək. ONA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR