Qətər FIFA-ya rüşvət verib? - QALMAQAL

Qətər FIFA-ya rüşvət verib? - QALMAQAL
Qətər rəhbərliyinin FIFA ilə bağladığı 880 milyon dollarlıq (məcmu məbləğ – red.) müqavilələr onun 2022-ci ildə dünya çempionatına ev sahibliyi haqqı qazanması üçün "rüşvət” sayıla bilər.

Bu barədə "The Times” redaksiyaya daxil olan sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, "2022-ci il dünya çempionatı ev sahibi”nin seçilməsinə üç həftə qalmış Qətərin "Əl Cəzirə” media-yayım şirkəti FIFA ilə 400 milyon dollarlıq müqavilə bağlayıb.

Müqavilədə Yaxın Şərq və Şimali Afrika ölkələrində keçiriləcək futbol matçlarının səkkiz il müddətinə yayım hüququ (2015-ci ildən başlayaraq – red.), həmçinin, Qətərin zəfər çalacağı təqdirdə dünya futbol təşkilatına 100 milyon dollar həcmində mükafat nəzərdə tutulur.

480 milyon dollarlıq müqavilə isə üç il sonra FIFA və "Əl Cəzirə”nin törəmə şirkəti olan "BeIN” arasında bağlanıb. Həmin vaxt Maykl Qarsiyanın başçılıq etdiyi komissiya ali futbol qurumunda korrupsiya hallarını araşdırırdı. M.Qarsiya sövdələşmə barədə hesabatın tam versiyasının dərc olunmasını tələb etsə də, FIFA bundan imtina etmişdi.

Qeyd edək ki, "Əl-Cəzirə” media və yayım şirkəti Qətər şeyxi Həməd bin Xəlifə Al Taniyə məxsusdur.

Bundan əvvəl də Qətərin ev sahibliyi ilə bağlı müxtəlif iddialar irəli sürülmüş və korrupsiya istintaqı başlanılmışdı. Ancaq iki il davam edən araşdırmadan sonra FIFA işə xitam vermişdi.

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...