Azərbaycanlı məşqçi: Özümü asmağıma yarım addım qalıb
İdman
14:19 / 07.03.2019
2088
"Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm". Bunu azərbaycanlı məşqçi Zakir Mahmudov deyib. "Şəmkir” çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi olub. "Karvan” UEFA kubokunda mərhələ adlayarkən də Mahmudov klubda məşqçi kimi çalışırdı. İndi isə mütəxəssis çətin günlərini yaşayır.
"Həyat yoldaşım xəstədi, işləyə bilmir. Əlimdəki pulları verib, Sumqayıtda "Karvan” Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı. Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. "Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu. Mənə heç olmasa, 200-250 manatlıq bir iş versinlər, daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm?
Vallah, belə yaşamaqdan ölmək yaxşıdı. Bir də eşidəcəksiz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb...”
futbol+