Türkiyə Super Liqasında XXIV tur davam edir. Bu gün 3 qarşılaşma baş tutub.
Günün ilk oyununda "Konyaspor” "Göztəpə” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1.
Lider "Başakşəhər” Malatya səfərindən qələbə ilə dönüb. İstanbullular 2 cavabsız qola sevinib. Əmrə Bəlözoğlu və Viska komandasına 3 xalı qazandırıb.
Liderin əsas izləyicisi son çempion "Qalatasaray” isə Ərzurum səfərində xal itirib. "Cimbom” çətin oyundan sadəcə 1 xal əldə edə bilib – 1:1. Liderlə xal fərqinin 8-ə çıxması ilə "sarı-qırmızılar” çempionluq yarışından bir az uzaq düşüblər.