Mixael Şumaxer qəzadan sonra ilk dəfə göründü

Mixael Şumaxer qəzadan sonra ilk dəfə göründü
"Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer qəza keçirdikdən sonra ilk dəfə kənar şəxslər tərəfindən görünüb.

50 yaşlı veteran idmançı İspaniyanın Malyorka şəhərindəki 30 milyon avroluq villasına helikopterlə uçarkən gözə dəyib. Şahidlərin sözlərinə görə, Şumaxerin ailə üzvlərinin yer aldığı helikopterdə məşhur pilotu da görüblər.

Ailəsi məsələyə şərh verməyib. Onların Malyorkada qaldıqları, yoxsa İsveçrədəki evlərinə döndükləri bilinmir.

Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Report.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. ...