Logo

"Çelsi"də qalmaqal: Sarri əvəzləmək istədi, qapıçı meydanı tərk etmədi

"Çelsi"də qalmaqal: Sarri əvəzləmək istədi, qapıçı meydanı tərk etmədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə Liqa Kubokunun "Çelsi" ilə "Mançester Siti" arasında keçirilən final matçında qalmaqal yaşanıb.

Əsas vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmaya əlavə edilmiş ikinci hissənin sonunda London klubunun baş məşqçisi Maurisio Sarri qapıçı Kepa Arrissabalaqanı əvəzləmək istəyib. O, penaltilər seriyasında "çərçivəni" ehtiyat qolkiper Villi Kabalyeroya həvalə etmək qərarına gəlib. Ancaq Kepa bu qərarla razılaşmayıb. İspan qapıçı əvəzlənməyinə etiraz edib və meydandan çıxmayıb.

Penaltilər seriyasında "Mançester Siti" 4:3 hesabı ilə qalib gələrək, kuboku əldə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR