Məmmədəli “Böyük dəbilqə”nin qızıl medalçısı oldu

Məmmədəli “Böyük dəbilqə”nin qızıl medalçısı oldu
Cüdoçumuz Məmmədəli Mehdiyev Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.

Sfera.az bildirir ki, Məmmədəli Mehdiyev (90 kq) həlledici döyüşdə Yaponiya idmançısı Sanşiro Muraonu məğlub edib.

 

Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Bu gün Rüstəm Orucov (73 kiloqram) da komandamızın hesabına medal yazdırıb. O, turnirin bürünc mükafatını əldə edib.

Xatırladaq ki, "Böyük dəbilqə” turnirində 93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparır.


OXŞAR XƏBƏRLƏR