Logo

Messi "Sevilya"nı təkbaşına darmadağın etdi- VİDEO

Messi "Sevilya"nı təkbaşına darmadağın etdi- VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniya La Liqasının XXV turunda "Sevilya"nın qonağı olan "Barselona" əzmkar qələbəyə sevinib.  Kataloniya klubunun 4:2 hesabı ilə qalib gəldiyi görüşdə Lionel Messi het-trikə imza atıb.

Bununla argentinalı superulduz "Sevilya" ilə qarşılaşmalarda 28-ci qolunu vurub və bir komandaya vurulan top sayı baxımından rekordçu olub. Leo eyni zamanda karyerası ərzində 50-ci het-trikini reallaşdırıb. Ölkə çempionatında isə het-triklərinin sayını 32-yə çatdırıb. Messi hazırda yalnız "Yuventus"un hücumçusu Kriştianu Ronaldodan geri qalır. Portuqaliyalı ölkə çempionatlarında 35, ümumilikdə isə karyerası ərzində 51 dəfə bir matçda 3 qol vurub.

Qeyd edək ki, Lionel Messi 25 qolla La Liqada bombardirlər yarışına başçılıq edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR