Amit Quluzadənin yeni klubu bəlli oldu - RƏSMİ

Amit Quluzadənin yeni klubu bəlli oldu - RƏSMİ
Ötən yay Kosovonun "Drita" komandasından ayrılan Amit Quluzadənin klubsuz günləri başa çatıb.

Millimizin sabiq yarımmüdafiəçisi karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. 26 yaşlı futbolçu yüksək liqada çıxış edən "Çelik" klubu ilə müqavilə imzalayıb. Amit yeni klubunda 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Amit ölkəmizdə "Neftçi”, "Rəvan", "Qəbələ”, "Səbail" və "Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.Futbol11

OXŞAR XƏBƏRLƏR