FETÖ-çu basketbolçu qovuldu: Enes Kanterə soyuq duş
Kateqoriya məlum deyil
"New York Knicks” basketbol komandasının Fetullah Gülənə yaxınlığı ilə bilinən NBA basketbolçusu Enes Kanter ilə yollarını ayırdığı iddia edilib.
Bu barədə İdman kanalı "ESPN”-nin müxbiri Adrian Wojnarowski etdiyi açıqlamada məlumat verib.
Son günlərdə ABŞ mətbuatına verdiyi açıqlamalarla Türkiyəni qaralayan Kanter, komandasının son 8 matçının 6-da heyətdə iştirak etməmişdi.
İdman camiəsində Kanterin komandasında son zamanlar yaxşı formada olmadığı da deyilirdi.
Ayrıca İstanbul Prokurorluğu FETÖ-ya yönəlik istintaq çərçivəsində, fərari basketbolçu Enes Kanter haqqında "silahlı terror təşkilatına üzv olmaq'' ittihamından onun Türkiyəyə verilməsi tələbnaməsi təşkil edilərək qırmızı bülleten çıxarılması üçün müraciət etmişdi.






