Şok iddia: Məşhur futbolçu oğurlanıb

Şok iddia: Məşhur futbolçu oğurlanıb
Argentinalı futbolçu Emiliano Salanın içində olduğu və qalıqları bir neçə gün öncə tapılan təyyarədə bir cəsəd aşkarlanıb.
 
Sfera.az xəbər verir ki, Salanın içində olduğu və qalıqları tapılan təyyarədə bir cəsədin olması şayilərə yol açıb. İngiltərə mətbuatı iddia edir ki, futbolçunun cəsədi təyyarədə yoxdur.
 
Təyyarənin düşdüyü radiusu axtaran xüsusi qrup hər hansı bir cəsədə rast gəlməyib.
 
İngiltərə Hava Qəzaları Araşdırma İdarəsi tərəfindən yayılan açıqlamada təyyarənin qalıqlarının uzaqdan idarə olunan bir su altı vasitəsilə görüntüləndiyi  bildirilərək, bundan sonrakı addımların qəzaya uğrayanların ailələri və polislə keçiriləcək danışıqlardan sonra qərara alınacağı vurğulanıb. Bu açıqlama mətbuatın şübhələrini daha da artırıb. Mətbuat iddia edir ki, futbolçu oğurlanıb. Mətbuat iddia edir ki, futbolçu özü ilə külli miqdarda pul aparırmış.
 
Qeyd edək ki, Fransanın "Nant” klubundan 20 milyon avroya İngiltərə Premyer Liqasında çıxış edən Uelsin "Kardiff Siti” klubuna keçən Salanı aparan təyyarə yanvarın 22-də radardan itib. Polis itkin düşənlərin axtarışını dayandıraraq, onların sağ qalma ehtimalının olmadığını açıqlayandan sonra təyyarənin tapılması üçün Salanı sevənlər könüllü şəkildə pul toplayıblar.


OXŞAR XƏBƏRLƏR

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...