Seneqallı hücumçu "Qalatasaray"da!

Seneqallı hücumçu
Transfer çalışmalarının son günlərində "Qalatasaray" hücum xəttindəki boşluğu doldurub. "Cim-bom" "Kasımpaşa"nın forvardı Mbaye Dianı heyətinə qatıb.

İlk mərhələdə "Qalatasaray" 9 milyon avro təklif edirdisə, "Kasımpaşa"nın istəyi 14 milyon avro idi. Lakin tərəflər sonda 12,8 milyonda ortaq məxrəcə gəliblər. Anlaşmaya əsasən, "sarı-qırmızılılar" bu mövsüm çempion olsa, qarşı tərəfə daha 500 min avro ödəyəcək.

Qeyd edək ki, Seneqal yığmasının hücumçusu bu mövsüm Superliqada vurduğu 20 qolla bombardirlər yarışına başçılıq edir.matc

OXŞAR XƏBƏRLƏR