Logo

Nigeriyalı bombardir Azərbaycanda oynamaqdan imtina etdi

Nigeriyalı bombardir Azərbaycanda oynamaqdan imtina etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Atırau"nun hücumçusu Babatunde Adeniyinin ölkəmizdə oynamaq şansı yaranıb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Nigeriya yığmasının üzvü "Keşlə"nin maraq dairəsində olub. Lakin tərəflər arasında danışıqlar uğursuz nəticələnib. 24 yaşlı forvard karyerasını Qazaxıstanda davam etdirmək qərarına gəlib.

Ötən mövsüm 30 oyunda vurduğu 8 qolla "Atırau"nun bombardiri olan Adeniyi "İrtış"la anlaşıb. O, yeni komandasına Antalya toplanışında qatılmağa hazırlaşır.

Qeyd edək ki, "Keşlə" qış fasiləsində hələlik Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevi heyətinə cəlb edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR