Aras Özbiliz: “Şenol Günəş erməni olduğum üçün mənə şans vermədi”

Aras Özbiliz: “Şenol Günəş erməni olduğum üçün  mənə şans vermədi”
Ermənistan Milli komandasının üzvü, Türkiyədə doğulan erməni futbolçu Aras Özbiliz Hollandiyada ELF Voetbal nəşrinə müsahibə verib.
 
Sfera.az xəbər verir ki, erməni əsilli futbolçu müsahibəsində türk məşqiçi Şenol Günəşi tənqid edib.
 
"Şenol Günəş mənə erməni olduğum üçün  şans vermədi. İstanbul mənim doğulduğum şəhərdir və gözəl bir metropolisdir, amma oyun oynamasam, orada qalmaq məntiqli deyil. Mən müqaviləni imzaladığım zaman prezident kimi mənə söz vermişdi.  İndiki ağılım olsaydı Beşiktaşa imza atmadan əvvəl daha çox düşünürdüm. Çünki mən bir erməniyəm.”


OXŞAR XƏBƏRLƏR