Logo

"Azərbaycandan təklif gözləyirəm"

"Azərbaycandan təklif gözləyirəm"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstan millisinin baş məşqçisi postundan ayrılan Stanimir Stoilov açıqlama verib. Bolqarıstanlı mütəxəssis ölkəsinin "Sportal.bg" saytına Azərbaycan yığmasını çalışdıracağı ilə bağlı xəbərlərə də münasibət bildirib:

"Gələcəyim futbolla bağlıdı. Ancaq yeni komanda seçməkdə tələsmirəm. Mənə təklif gəlməsini və razılaşmağımızı gözləyirəm. Bu mərhələdə Azərbaycan da daxil olmaqla, hər hansısa ölkədə işləməyi istisna etmirəm. Ancaq dediyim kimi, tələsmirəm. Komanda olmadığı müddətdə təlim keçəcəm. Gələcəkdə faydalı olmaq üçün daha çox məlumat toplamalıyam. Qərbi Avropaya yollanacam. Çünki ora futbolun üst səviyyəsindədi. Orda texnologiya xeyli inkişaf edib və biz Bolqarıstan çox geridə qalırıq. Buna görə də futbolun son tendensiyaları ilə tanış olacam".

51 yaşlı mütəxəssis "Levski”, "Liteks”, "Anartosis”, "Botev", "Astana" klubları ilə yanaşı, Bolqarıstan və Qazaxıstan millilərində də baş məşqçi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR