Millimizin qapıçısı 200 min dollar qazanacaq
İdman
17:30 / 24.01.2019
2484
Milli komandamızın və "Səbail"in qapıçısı Emil Balayev karyerasını Qazaxıstanın "Tobol" klubunda davam etdirəcək. Qolkiper Premyer Liqa klubu ilə 2 illik müqavilə imzalayıb.
24 yaşlı qapıçının "Tobol"da illik qazancı 200 min dollar olacaq. "Səbail"ə isə bu transfer üçün 50 min dollar təzminat ödənilib.
Qeyd edək ki, Emil Balayev sabah "Səbail"in Antalya toplanışını tərk edəcək və Bakıya qayıdacaq. O, paytaxtda 3 gün qaldıqdan sonra yenidən Türkiyəyə dönəcək və "Tobol"un toplanışına qatılacaq.Futbol11