Terroçular onu niyə öldürmədi?: Məşhur futbolçunun həyat hekayəsi

Terroçular onu niyə öldürmədi?: Məşhur futbolçunun həyat hekayəsi
Türkiyənin "Fənərbaxşa” klubu çətin durumdan çıxmaq üçün transfer çalışmalarını davam etdirir. Artıq Nigeriya millisinin üzvü, Londonun "Çelsi” klubun futbolçusu Victor Moses karyerasını bundan sonra Türkiyədə davam etdirəcək.
 
Sfera.az xəbər verir ki, nigeriyalı ulduz futbolçu Türkiyədə böyük coşqu ilə qarşılanıb.  Məşhur futbolçunun acı heyət hekayəsini sizə təqdim edirik.
 
Victor Mosesin həyat hekayəsi bir film ssenarisinə bənzəyir.
İngiltərə Premyer Liqasında çıxış edən "Çelsi”də forma geyinən Victor Mosesin həyatı çoxlarının bəlkə də həyatıboyu yaşamadığı əzablarla doludur.
 
Victor Moses 12 dekabr 1990-cı ildə Nigeriyanın Kaduna şəhərində doğulub. Onun ailəsi Moses hələ 4 yaşında olarkən Lagos şəhərinə köçür.
 
Kiçik yaşlarından futbolla maraqlanan Moses, 5 yaşından Lagos şəhərində futbol məktəbinə yazılır.
Xristian bir ailədə böyüyən Moses üçün Lagosda həyat heç də xoş keçmirdi. Çünki şəhərdə dinlərarası savaş gedirdi. Müxtəlif dini qruplaşmaların üzvləri olan terroçular şəhərdə silahlı insidentlər həyata keçirir, qətllər törədirdilər. 2002-ci ilin mart ayında komanda yoldaşları ilə oyuna gedən Moses geri dönəndə gördüyü mənzərədən dəhşətə gəlir. Onun ailəsi terroçular tərəfindən qətlə yetirilmişdi.
Bu hadisədən sonra balaca Victor güclü sarsıntı keçirir. Təkbaşına bir gün evdə qalan Victoru əmisi himayəyə götürür. O balaca Victoru ölkədən çıxarmağa qərar verir. Çünki terroçular bütün şəhərdə balaca Victoru axtarırdılar. Əmisi onu gizli yollarla ölkədən qaçırır.
 
Cəmi bir həftə sonra Victor Moses və əmisi artıq İngiltərədə idilər.

Mosesin əmisi kiçik istedadı yaxınlıqdakı futbol məktəbinə yazdırır. 2004-cü ildə scoutlar tərəfindən kəşf edilən Moses, "Kristal Pelas” klubunun uşaq komandası ilə müqavilə bağlayır. 2007-ci ildə "Kristal Pelas”la İngiltərə Premyer Liqasında debut edən Victor öz oyunu ilə hər kəsi heyran edir. Artıq 20 yaşında, 2010-cu ildə Victor Moses "Viqan”la müqavilə bağlayır. Moses burada 80 matçda 9 qol vurmağı bacarır.
Moses, 2012-ci ildə "Çelsi”yə transfer olunur. "Liverpul”, "Stok Siti” və "Vest Hem” klublarında icarə əsasında oynayan Moses, 2016-cı ildə yenidən "Çelsi”yə dönür.
 
Moses, "Çelsi” forması altında 2012-2013-cü il sezonunda UEFA Avropa Liqasının, 2017-ci ildə isə İngiltərə Premyer Liqasının qalibi olur.
Nigeriya Milli Komandasının formasını geyinən Moses 2013-cü ildə Afrika Çempionu olur. Nigeriyanın ən təhlükəli futbolçusu hesab edilən Moses milli komandada keçirdiyi 28 oyunda 10 qolun müəllifi olub.
 
O son müsahibəsində "həyatda əmimdən başqa heç kimim yoxdur” deyərək, bütün uğurlarını ata-anasına həsr etdiyini dilə gətirmişdi. Moses xeyriyyəçilikdən də geri qalmır. Doğulduğu Kaduna şəhərində futbol məktəbi açan Victor Moses, həm də istedadlı gənclərin Avropaya yolunu açmaqla böyük bir missiyanın daşıyıcısına çevrilib…
 
Qoşqar Salmanlı


OXŞAR XƏBƏRLƏR