Prezidentin köməkçisi qəzəbləndi: "İşinizlə məşğul olun"
Kateqoriya məlum deyil
Venesuela prezidentinin köməkçisi Delsi Rodriquez Venesueladakı müxalifətə dəstək verən ABŞ vitse-prezidenti Mayk Pensə öz ölkəsindəki problemlərlə məşğul olmağı məsləhət bilib.
Delsi Rodriquez Venesuela müxalifətinə dəstək verərək, "Səsinizi yüksəldin" - deyən ABŞ vitse-prezidenti Mayk Pensə "Öz işinizlə məşğul olun" - deyib.
D. Rodriquez paytaxt Karakasdakı yerli idarəedicilərlə toplantıda ölkədə iqtidar və müxalifətin bu gün keçirəcəyi mitinqlər çərçivəsində görülən tədbirləri müzakirə edib.






