Logo

Prezidentin oğlu debüt matçında qol vurdu - VİDEO

Prezidentin oğlu debüt matçında qol vurdu - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Liberiya prezidenti Corc Veanın oğlu Timoti Vea Şotlandiya "Seltik"inin heyətində debüt matçındaca qol vurub.

18 yaşlı hücumçu Şotlandiya Kubokunun IV raundunda "Eyrdrionians"ı 3:0 hesabı ilə yendikləri qarşılaşmada fərqlənib. O, "Seltik"ə Fransa PSJ-sindən mövsümün sonunadək icarəyə verilib. Bu mövsüm kiçik Vea Paris komandasının heyətində 2 oyunda 54 dəqiqə forma geyinib və 1 qol vurub.

Qeyd edək ki, Corc Vea 22 yanvar 2018-ci ildə Liberiya prezidenti seçilib. O, vaxtilə Liberiya yığmasında çıxış etdiyi halda, oğlu ABŞ millisinin üzvüdür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR