UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı

UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı
"Konor daima bizimlə əlaqədədir".

UFC rəhbəri Deyna Uayt irlandiyalı Konor Makqreqorun çempionluq kəməri ilə əlaqədar istəklərindən danışıb.

Onun fikirlərini "MMA Junkie” yayımlayıb.

"Konor daima bizimlə əlaqədədir. O, qayıtmaq və yenidən çempion olmaq ideyasından danışır”, - D.Uayt bildirib.

O əlavə edib ki, hazırda yüngül çəkidə çempion rusiyalı Həbib Nurməhəmmədov hesab edilmir.

"Konor istənilən şəxslə döyüşməyə hazırdır”, - UFC rəhbəri qeyd edib. oxu.az

OXŞAR XƏBƏRLƏR