Milli komandamız məğlub oldu
Sfera.az Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir ki, "B” qrupunun Maltada təşkil olunan oyunlarında, komandamızın rəqibləri Kipr, Gürcüstan və ev sahibi – Malta kollektivi olub.
Yanvarın 11-də Kiprlə qarşılaşan həndbolçularımız 17:25 hesabı ilə uduzublar.
Ertəsi gün Gürcüstanla görüşən komandamız bərabər mübarizə şəraitində keçən qarşılaşmanın sonlarında rəqibin fərqlənməsinə mane ola bilməyib – 25:30.
Yanvarın 13-də isə həndbolçularımız Malta seçməsi ilə üz-üzə gəliblər. Kospikua şəhərinin "Kottonera Sports Kompleks” arenasında keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. İlk hissəni 16:11 hesabı ilə başa vuran Azərbaycan millisi qalan vaxtda da üstünlüyü əldən verməyərək 27:24 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə qrup qalibi olan Kipr komandası yüksəlib.






