Basketbolçularımız boykot etdi- Federasiya prezidenti getməsə ...

Basketbolçularımız boykot etdi- Federasiya prezidenti getməsə ...
İki gün əvvəl Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turu boykotla yadda qalıb.  Belə ki, meydançada ilk oyunda "80-lər” və ADNSU komandaları çıxış etməli idi. Ancaq  hakim start fitini səsləndirsə də hər iki komandanın oyunçuları mübarizə aparmaq yerinə meydançanı tərk edib.

Bununla bağlı video sosial şəbəkədə paylaşılıb. Basketbolçuların boykot səbəbi federasiyanın rəhbəri, keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri  Nadir Nəsibovdur.

İdmançılar federasiyanın rəhbərliyinin dəyişməsini tələb edib. 

Onlar yeni rəhbərlik gələnə qədər istər milli komanda şəklində, istərsə də klublar olaraq heç bir yarışda iştirak etməyəcəklərini dilə gətiriblər. Bundan öncə də rəhbərliyə etiraz edən basketbolçular, normal maaş, yaxşı şərait və təlim-məşqləri üçün bazanın ayrılmasını tələb ediblər. Bundan öncəki etirazda rəhbərlik problemlərin həll olunacağını desə də sözünün üzərindı durmayıb.

Bu səbəbdən də basketbolçular etirazlarını boykotla nümayiş etdiriblər. Millimizin üzvlərinin  bildirdiyinə görə, əgər onların problemi həll olunmasa boykot yenidən baş tutacaq. Hazırda Federasiya rəhbərliyi basketbolçularla razılaşmağa çalışır.

Məlumata görə, Avropa Oyunları və İslam Oyunları ərəfəsində milli komandaya gətirilən əcnəbi idmançılar da yığmanı tərk edib.unikal


//www.instagram.com/p/BsnMp77HyKR/?utm_source=ig_web_button_share_sheet

OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...