Logo

Yuventus super ulduz transfer edir

Yuventus super ulduz transfer edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyanın "Yuventus” klubu ulduz futbolçu transfer edir.

Sfera.az xəbər verir ki, italyanlar Barselonanın müdafiəçisi Jordi Albanı sıralarına qatmağa yaxındır. Bu barədə məlumatı  Tuttosport nəşri verib.

Məlumata görə Yuventus klubu 29 yaşlı futbolçunun keçidini yay transfer pəncərəsi zamanı həll etmək fikrindədir. Hal-hazırda Alba Barselona  ilə yeni müqavilənin razılığını ala bilməyib. Onun katalon klubu ilə sözləşməsi 2019/20 mövsümünün sonunda başa çatacaq.

Alba 2012-ci ildən etibarən Barselonada çıxış edir. Bu mövsüm La liqada müdafiəçi 17 oyunda 1 qol vurub və 4 dəfə məhsuldar ötürmə edib. Çempionlar liqasında Albanın 5 oyunda 1 qol və 3 asisti var. Xatırladaq ki, hazırda Barselona La liqada 37 xalla turnir cədvəlinə başçılıq edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR