"Onu 200 milyona da satmaram"
Kateqoriya məlum deyil
Napoli yarımmüdafiəçisi Allanı satmaq fikrində deyil.
Bunu klub prezidenti Aurelio De Laurentis deyib. Klub rəhbəri bildirib ki, Braziliya millisinin üzvü ilə bağlı gələn təklifləri rədd edəcəklər: "Allan? Onu satmaq fikrim yoxdur. Hətta 200 milyon avroya da satmaram". Qeyd edək ki, 27 yaşlı Allan Avropanın bir neçə nəhəng klubunun diqqət mərkəzindədir.(matc.az)






