Logo

Çelsi rekord gəlir haqda məlumat yayıb

Çelsi rekord gəlir haqda məlumat yayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çelsi klubun 2017/18 mövsümü üçün maliyyə uçotunu təqdim edib və rekord gəlir əldə etdiyini bildirib.

Londonluların gəliri il ərzində 397 milyon avrodan 487 milyona (22,7% artım) qalxıb. İlk dəfədir ki, Çelsi 400 milyon funt sterlinq səddini keçib. Futbolçuların satışından əldə edilən 124 milyon avro səbəbilə klub tarixi ərzində ilk dəfədir ki, rekord məbləğdə —  68,1 milyon avro təmiz gəlir götürüb.

Daha bir gəlir mənbəyi isə translyasiyalar olub. Bu məbləğ 45,8 milyondan 224 milyona qalxıb. Bunun da əsas səbəbi Çelsinin ÇL-da iştirakı olub.

Belə bir göstərici maliyyə nizamnaməsinə tam uyğundur.

Xatırladaq ki, İPL-də 20 turdan sonra Çelsi 4-cü pillədədir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR